​Putin Kim Çenə nə təklif edib? – ABŞ KƏŞFİYYATI

Baxış sayı:
3991

Şimali Koreya lideri Kim Çen İn Rusiyaya gəlməsi ilə bağlı Moskvadan dəvət alıb.
Muxalifət.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ABŞ Milli Kəşfiyyatının direktoru Dsniel Kots deyib.
“Düşünmürəm ki, biz hazırda söhbətin getdiyi konkret mərhələlər haqqında məlumatlıyıq. Biz bilirik ki, o, Çinə Szinpinlə danışıqlar üçün getdi. Biz onun Rusiyaya dəvət edildiyini də bilirik. ABŞ xüsusi xidmət orqanları Kim Çenin Rusiyada hansı məsələləri müzakirə edəcəyini öyrənmək istəyir. Ümid edirik ki, bunu öyrənə biləcəyik”, - deyə o bildirib.