PUTİN İSTƏDİYİNİ ALDI: Ərəb şirkəti Krıma yarım milyard investisiya qoyur

Baxış sayı:
8639

Bəhreynin investisiya şirkətlərindən biri Krımdakı infrastruktur layihələrinə 500 milyon avro investisiya qoymağı planlaşdırır. Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, bu məlumatı "İzvestiya" şirkətin Mərkəzi və Şərqi Avropa üzrə nümayəndəsi Ştefan Dovinə istinadən yayıb. Ayrılan vəsaitin yolların təmiri, dəmiryolu layihələri və digər istiqamətlərə xərclənəcəyi bildirilib. Dovin sanksiyalara məruz qalmaması üçün şirkətinin adının çəkilməməsini istəyib. Bəhreyn şirkətinin nümayəndələrinin artıq Krımda olduğu və öz planlarının reallaşdırılmasına ilin sonundan başlayacaqları vurğulanıb.