Putin imzaladı, təxirə salındı!

Baxış sayı:
6343

Rusiyanın dövlət başçısı Vladimir Putin ABŞ ilə imzalanan Orta Mənzilli Nüvə Qüvvələri Anlaşmasını (INF) təxirə salan qanunu imzalayıb. Putinin imzasıyla rəsmi olaraq təxirə salınan razılaşma 8 dekabr 1987-ci il tarixində ABŞ prezidenti Ronald Reyqan ilə Sovet İttifaqının baş katibi Mixail Qorbaçov arasında imzalanmışdı. İlk olaraq ABŞ-ın birtərəfli olaraq çəkildiyini bəyan edən razılaşmadan, Rusiya da çəkiləcəyini açıqlamışdı. Putinin bu imzasıyla Rusiya da razılaşmadan çəkilmiş oldu. QORBAÇOV VƏ REYQAN 1987-də İMZALAMIŞDI 8 dekabr 1987-də Vaşinqtonda SSRİ-nin lideri Mixail Qorbaçov və dövrün ABŞ prezidenti Ronald Reyqanın imzaladığı razılaşma çərçivəsində SSRİ və ABŞ 500-1000 kilometr və 1000-5500 kilometr mənzilli raket və atıcılarını məhv etməyi, ayrıca irəlidə də bu cür raketləri istehsal etməməyi, test etməməyi və yerləşdirməməyi öhdəlik götürmüşdü. 500 kilometrdən artıq mənzilli raketlərin məhv edilməsini nəzərdə tutan razılaşma çərçivəsində 1991 ortalarına qədər 2692 raket məhv edilmişdi. Müxalifət.az