​Putin İlham Əliyevə başsağlığı verdi

Baxış sayı:
2671

Rusiya prezidenti Vladimir Putin Azərbaycan prezidenti İlham Əliyevə Bakıda Respublika Narkoloji Mərkəzdəki yanğında həyatını itirənlərlə əlaqədar başsağlığı teleqramı göndərib.
Muxalifət.az TASS agentliyinə istinadən xəbər verir ki, teleqram Kremlin saytında dərc edilib.
“Bakı şəhərindəki Respublika Narkoloji Mərkəzində yanğının faciəli nəticələri ilə əlaqədar dərin hüznlə başsağlığı verirəm”, - teleqramda deyilir.
Putin həmçinin ölənlərin ailələrinə başsağlığı verib, dəstəyini ifadə edib, yaralıların tez bir zamanda sağalmasını diləyib.