"Putin ilə Makronun görüşü..." - BMT-nin XÜSUSİ NÜMAYƏNDƏSİ

Rusiya Prezidenti Vladimir Putin ilə Fransa Prezidenti Emmanuel Makronun görüşü Suriyada böhranın həllinə kömək edə bilər.
Muxalifet.az xəbər verir ki, bunu BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Steffan de Mistura deyib.
"Güman edirəm ki, Prezident Makron və Prezident Putin arasında keçirilən görüş Suriyada böhrandan çıxmaq üçün siyasi qərarın daha tez tapılmasına töhvə verə bilər", - de Mistura qeyd edib./Trend