Putin idmanın həyatını necə dəyişdiyindən danışdı

Baxış sayı:
3373

Cüdoda qara kəmər sahibi Rusiya prezidenti Vladimir Putin döyüş sənətiylə məşğul olmasaydı, bu gün başqa biri olacağını açıqlayıb.
Bu barədəVladimir Putin  cüdo və sambo məşqçisi Anatoliy Rahlin haqqında sənədli filmdə danışıb.
Putin məşqçisinə idmandan uzaqlaşmasını istəyən ailəsini razı saldığı üçün təşəkkür edib. O bildirib ki, idman həyatını və düşüncəsini dəyişib.
Rusiya prezidenti bildirib ki, ailəsi dərsdən yayınacağını düşündüyü üçün idmandan uzaqlaşmağını istəyib.  Məşqçi isə onun ailəsiylə görüşüb inandırıb ki, idman təkcə onun bədənim üçün deyil, eyni zamanda həyatı üçün də faydalı olacaq. Bundan sonra ailəsi razılaşıb.
Vladimir Putin idmana başlayanda 11 yaşında olub.  1973-cü ildə Leninqrad Sambo Çempionatında  qalib olub, iki il sonra isə şəhərin ən yaxşı cüdoçusu olub.