​Putin hokkey matçının bombardiri oldu

Baxış sayı:
6403

Rusiyanın dövlət başçısı Vladimir Putin Soçidə keçirilən qala-matçda  “Hokkey əfsanələri” komandasının heyətində seçilib.  
Muxalifet.az “RenTv”yə istinadən xəbər verir ki, 11 nömrə ilə çıxış edən Putin rəqib komandanın qapısına nə az, nə çox, beş şayba vurub.
Gecə Hokkey Liqasının yığmasına qarşı keçirilən matçda Rusiyanın müdafiə naziri v.i.e. Serqey Şoyqu onunla komanda yoldaşı olub.
Hesab prezidentin komandasının 12:7 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, Rusiyanın Gecə Hokkey Liqasında ilk qala-matç 2012-ci ildə keçirilib.