Putin Henri Kissincerlə görüşüb

Rusiya prezidenti Vladimir Putin Moskvada ABŞ-ın sabiq dövlət katibi Henri Kissincerlə görüşüb.
 
 “RİA Novosti”nin verdiyi xəbərə görə, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
 O qeyd edib ki, prezident və sabiq dövlət katibi arasında mehriban dost münasibətlər mövcuddur və onlar imkan düşdükcə görüşürlər.