Putin hadisə yerinə getdi: 4 nəfər ölüb, 35 nəfər hələ də dağıntılar altındadır - YENİLƏNİB

Baxış sayı:
7078

18:30 Rusiya Prezidenti Vladimir Putin Maqnitorska gəlib. Trend-in məlumatına görə, o səhər saatlarında şəhərdə qaz sızması və onun nəticəsində partlayış baş verən yaşayış evinə gəlib. Putinin hadisə nəticəsində xəsarət alanlar və bölgənin rəhbərliyi ilə görüşəcəyi gözlənilir. Xatırladaq ki, Rusiyanın Maqnitoqorsk şəhərində yaşayış binasında qaz sızması nəticəsində partlayış baş verib. Rusiyanın Fövqəladə Hallar Nazirliyinin sonuncu yaydığı bəyanata əsasən, 4 nəfər ölüb, 5 nəfər xəstəxanaya yerləşdirilib, 35 nəfərin hələ də axtarışları davam edir. *** 11:07 Rusiyanın Maqnitoqorsk şəhərində yaşayış binasında qaz sızması nəticəsində partlayış baş verib. Muxalifet.az trend-ə istinadən bildirir ki, Rusiyanın Fövqəladə Hallar Nazirliyi partlayış və onun təsirindən binanın giriş hissəsinin uçması nəticəsində 3 nəfərin həlak olduğunu açıqlayıb. Dağıntılar altından 10 nəfərin, o cümlədən bir azyaşlının çıxarıldığı bildirilib. Qırx səkkiz mənzilli onmərtəbəli binada yaşayan 110 sakindən 16-sı təxliyə edilib. Ərazidə, həmçinin təcili tibbi yardım briqadaları fasiləsiz fəaliyyət göstərirlər. Prezident Vladimir Putin hadisə barədə dərhal məlumatlandırılıb. Dövlət başçısının tapşırığı ilə fövqəladə hallar naziri Yevgeni Ziniçev və səhiyyə naziri Veronika Skvortsova hadisə yerinə gəlib.