"Putin gəlməsəydi, Rusiya parçalanacaqdı" – ZEMAN

Rusiya dövlətin başında güclü şəxsiyyət olduğu üçün Çin və ABŞ-ın bərabərhüquqlu tərəfdaşı ola bildi.
Muxalifet.az xəbər verir ki, bu barədə Çexiya Prezidenti Miloş Zeman danışıb.
“90-cı illərdə ilk mərhələsi keçmiş ittifaq respublikalarının müstəqillik elan etməsi olan SSRİ-nin parçalanma vəziyyətinin ikinci mərhələsi kimi Rusiyadan regionların ayrılması baş verə bilərdi. Bunun qarşısını almaq üçün Rusiya da daxil olmaqla, hər bir ölkənin rəhbərliyində güclü bir şəxsiyyətə ehtiyacı vardı. Rusiya belə bir güclü şəxsiyyəti tapdıqdan sonra tədricən yüksəlməyə başladı. İndi isə Çin və ABŞ-ın bərabərhüquqlu tərəfdaşı rolunu oynayır”, - Zeman bildirib.
Qeyd edək ki, Çexiya Prezidenti Miloş Zeman 20-24 noyabr tarixlərində Rusiyaya rəsmi səfər edəcək.