Putin gedir, mən isə SSRİ-ni bərpa edəcəm - Jirinovski

Rusiya Prezidenti Vladimir Putin 2018-ci il seçkisində məğlubiyyət riskinin böyük olması ucbatından iştirak etməyəcək.
 
Bunu “Komsomolskaya Pravda” radiosuna müsahibəsində Rusiya Liberal Demokrat Partiyasının rəhbəri Vladimir Jirinovski söyləyib.
“Ədalətli seçkilər olsa, Putin qələbə qazana bilməz. İnsanlar artıq başqa şəxsi prezident görmək istəyirlər. Əgər qələbə qazansam, Rusiyanın sərhədlərini SSRİ sərhədlərinə çatdıracağam”, – deyə o bildirib.