Putin Ermənistanla “Birgə qoşun birliyi” sazişini təsdiqləyib

Saziş 2016-ci ilin iyununda Dövlət Dumasına təqdim edilib
 
Rusiya prezidenti Vladimir Putin Ermənistanla qoşunların birləşmiş qruplaşması barədə sazişin ratifikasiyası haqqında qanunu imzalayıb.
Bu barədə hüquqi informasiya rəsmi internet portalında dərc edilmiş sənəddə deyilir.
2016-ci ilin iyun ayında Dövlət Dumasına Rusiya və Ermənistan qoşunlarının birləşmiş qruplaşması haqqında saziş daxil edilib.
2016-ci ilin noyabrında Rusiya və Ermənistan müdafiə nazirləri Sergey Şoyqu və Vigen Sarkisyan ölkələr arasında qoşunların birləşmiş qruplaşması ilə bağlı sazişi imzalanıb.