Putin dünyaya elan etdi: Türkiyə ilə birlikdə edəcəyik

Baxış sayı:
8644

Rusiyanın dövlət başçısı Vladimir Putin televiziyalardan hər il canlı yayımlanan “Birbaşa Xətt” proqramında xalqın suallarını cavablayıb.
 
Son zamanlarda ABŞ ilə İran arasında artan gərginliyə dair münasibət bildirən Rus lider, "Əgər ABŞ İrana qarşı güc istifadə etsə, bu Orta Şərq üçün fəlakət olar" deyib.
Putin ABŞ ilə Suriya mövzusunda "böyük bir razılaşma" imzalamalarının mümkün olub olmadığı şəklindəki bir suala cavab olaraq bu fikirləri bildirib: "Biz nə müttəfiqlərimizi, nə mənfəətlərimizi, nə də prinsiplərimizi bazarlıq mövzusu etmərik. Lakin tərəfdaşlarımızla müəyyən mühüm mövzuların həlli üçün ortaq bir anlayışda birləşə bilər, uzlaşa bilərik. Ortaq səylərimizlə təhlil etməmiz lazım olan başlıca problemlərdən biri də, Suriya üçün bir konstitusiya komitəsi yaratmaq və bu komitənin işlərini başlatmaq və iş qaydalarını müəyyən etməkdir. Bunu başda Suriya məsələsində birlikdə diqqətə çarpan bir irəliləmə qeyd etdiyimiz partnyorlarımız olan Türkiyə və İran ilə edəcəyik. Əlbəttə bu ölkədəki böhranın tərəfi olan ABŞ kimi ölkələr də bu işlərə daxil ola bilər".
Müxalifət.az