Putin dünyanın gözlədiyi qərarı açıqladı: Geri çəkilirik

Baxış sayı:
2074

Rusiya 2021-ci ildə başa çatacaq Strateji Silahların Azaldılması Razılaşmasından (START) imtina edir. Muxalifet.az xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin açıqlama verib. Sankt-Peterbuqrda keçirilən Beynəlxalq İqtisadi Forumda (SPIEF 2019) çıxış edən prezident bildirib ki, razılaşmadan çəkilmək üçün hazırlıqlar aparılır. “ABŞ-ın raketlərlə bağlı razılaşmadan çəkilməsi qlobal təhlükəsizliyi sual altında qoyur. Beynəlxalq silah nəzarəti sisteminin çökməsi məsələsində ciddi risk mövcuddur”-, Putin bildirib. Qeyd edək ki, START 8 aprel 2010-cu ildə prezident Dmitri Medvedev ilə amerikalı həmkarı Barak Obama arasında imzalanmışdı. ABŞ Konqresi prezident Donald Trampa ünvanladığı yazılı məktubda razılaşmanın müddətinin uzaldılmasını tələb etmişdi.