Putin dünyada ən zəngin insandır – Brauder

 “Hermitage Capital Management” investisiya fondunun baş direktoru Uilyam Brauder ABŞ senatının Hüquq məsələləri üzrə komitəsində keçirilən dinləmələr zamanı Vladimir Putini dünyanın ən varlı insanı adlandırıb.
 
Bu barədə CNS Nyus informasiya yayıb.
“Mən Putini dünyanın ən zəngin insanı hesab edirəm. Fikrimcə onun sərvəti təxminən 200 milyard dollara bərabərdir. Onun sərvəti bütün dünyada saxlanılır – ABŞ bankları və bütün digər ölkələrdə”, - Uilyam Brauder bildirib.
Xatırladaq ki, Uilyam Brauder oğul Tramp və Nataliya Veselnitskaya ilə Rusiyada görüşərək Hillari Klintonla bağlı məlumat ötürməkdə şübhəli bilinir.