Putin Dağlıq Qarabağla bağlı müşavirə keçirdi

Baxış sayı:
1000

Rusiya Prezidenti Vladimir Putin Dağlıq Qarabağla bağlı müşavirə keçirib.

Müxalifət.az Trend-ə istinadən bildirir ki, bu barədə Kreml məlumat yayıb.

Bildirilir ki, müşavirədə Dağlıq Qarabağda və Cənubi Qafqazda vəziyyətin nizamlanması üzrə məsələlər müzakirə edilib.

Məlumata görə, müşavirədə Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev, xarici işlər naziri Sergey Lavrov, müdafiə naziri Sergey Şoyqu, Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov və Xarici Kəşfiyyat Xidmətinin direktoru Serdey Narışkin iştirak ediblər.