​Putin də artıq Tehrandadır - İDLİB PROBLEMİ ÇÖZÜLƏCƏKMİ?

Baxış sayı:
5815

Rusiya Prezidenti Vladimir Putin İrana səfər edib. Rusiyalı lider Tehranda keçiriləcək İran-Rusiya-Türkiyə üçtərəfli görüşdə iştirak etmək üçün İslam Respublikasına gəlib.
Daha öncə Prezidentin köməkçisi Yuriy Uşakov bildirmişdi ki, V.Putin, İran Prezidenti Həsən Ruhani və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 7-də Tehranda baş tutacaq görüşün yekunlarına dair birgə bəyanatla çıxış edəcəklər.
Qeyd edək ki, görüşün əsas mövzusu Suriya böhranı olacaq.
Tehranda rusiyalı liderin iranlı həmkarı Həsən Ruhani və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ikitərəfli görüşləri də nəzərdə tutulub.