Putin Çin liderini Rusiya dondurması və tortla təbrik etdi - VİDEO

Baxış sayı:
2564

Rusiya Prezidenti Vladimir Putin Çin Xalq Respublikasının Sədri Si Cinpinə onun sevimli dondurmasını hədiyyə edib.

Virtualaz.org Rusiya KİV-ə istinadən bildirir ki, bu haqda Putinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

Peskovun sözlərinə görə, Putin Tacikistanın paytaxtı Düşənbədə keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin beşinci Zirvə toplantısından əvvəl Si Cinpinin igamətgahına gedib və onu doğum günü münasibətilə təbrik edib. Rusiya Prezidenti Çin liderinə yerli istehsal olan dondurmadan əlavə tort da hədiyyə edib.

Si Cinpin hədiyyələrə görə Putinə təşəkkürünü bildirib.