​Putin: Bu fövqəladə insan ömrünün bir hissəsini...

Baxış sayı:
2083

Bu fövqəladə insan və böyük siyasətçi həyatının əhəmiyyətli bir hissəsini BMT-yə həsr edib.
Muxalifet.az xəbər verir ki, bu sözlər Rusiya Prezidenti Vladimir Putinin BMT-nin keçmiş baş katibi Kofi Annanın ölümü ilə bağlı hazırki baş katib Antonio Quterreşə göndərdiyi məktubda qeyd olunub.
“BMT-yə çətin dövrlərdə liderlik edərək təşkilatın məqsədlərini və hədəflərini gerçəkləşdirmək, dünyadakı rolunu gücləndirmək üçün böyük əmək sərf edib. Bir sıra regional ixtilaflardan əlavə, BMT-nin sülhməramlılıq potensialının yaradılmasına xüsusi töhfə verib”,- məktubda qeyd olunub.
Rusiya prezidenti həmçinin mərhumun ailəsinə, BMT-yə, Qana hökumətinə və xalqına başsağlığı verib.
Qeyd edək ki, BMT-nin keçmiş baş katibi Kofi Annan bu gün 80 yaşında dünyasını dəyişib. 1938-ci ildə Qanada dünyaya gələn Annan BMT-nin yeddinci baş katibi olub.