Putin blokadada ölən qardaşı barədə danışdı

Baxış sayı:
3500

Rusiya Prezidenti Vladimir Putin İsraildə blokadaya alınmış Leninqrad sakinləri və müdafiəçilərinin xatirəsinə həsr olunmuş abidənin açılışında çıxışı zamanı faciənin onun ailəsinə də toxunduğunu açıqlayıb.

Bu barədə “RİA Novosti” informasiya yayıb.

“Atam cəbhədə doğma şəhərini müdafiə edirdi, anam isə 42-ci ilin qışında ölən və minlərlə, yüz minlərlə şəhər sakinlərinin arasında Sankt-Peterburqdakı Piskarevski Memorial Məzarlığında dəfn edilən körpəsi ilə blokadadakı şəhərdə idi”, - Putin söyləyib.

Putin çıxışı zamanı həmçinin abidənin açılması ilə bağlı İsrail vətəndaşlarına təşəkkürünü bildirib./oxu.az/