"PUTİN BİZİ XİLAS ET" – Krım xalqından çağırış - VIDEO

Krımın Alupka şəhərinin sakinləri Rusiya Prezidenti Vladimir Putinə müraciət ünvanlayıblar.
Muxalifet.az xəbər verir ki, sakinlər Putindən şəhəri xilas etməsini xahiş ediblər.
“Bizim şəhər ölür. Sizdən Yaltanın administrasiya işlərinə yenidən baxmağı və Alupkaya yerli özünüidarəetmə orqanını, şəhər sovetini, büdcə, eləcə də şəhərin normal fəaliyyətini təmin edən xidməti qaytarmağınızı xahiş edirik. Xahiş edirik, şəhərimizi xilas edin”, - sakinlər bildirib.
Şəhər sakinlərinin sözlərinə görə, Alupkanın yeganə görməli məkanı olan Vorontsov parkı metal hasarlarla əhatələnib və əraziyə girişi pullu etmək istəyirlər.