​Putin Balkanlardakı ən yaxın müttəfiqi ilə danışdı

Rusiya Prezidenti Vladimir Putinlə Serbiya Prezidenti Aleksandr Vuçiç arasında telefon danışığı olub.
Bunu Serbiyanın “Kurir” qəzetinə müsahibəsində Vuçiçin özü söyləyib. O, telefon danışığının oktyabrın 7-də baş tutduğunu bildirib.
Telefon danışığında əsas müzakirə mövzusu Serbiya və Rusiya arasında müqavilələr olub. 25 dəqiqə davam telefon danışığı zamanı liderlər ünsiyyət üçün rus dilindən istifadə ediblər.