​Putin Azərbaycandakı səfirini geri çağırdı

Rusiya Prezidenti Vladimir Putin Rusiya Federasiyasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vladimir Doroxini vəzifəsindən azad edib.
Muxalifət.az xəbər verir ki, bu barədə “Ria Novosti” məlumat yayıb.
Qeyd edək ki, Vladimir Doroxin 2009-cu il fevralın 24-də Rusiyanın Azərbaycandakı səfiri təyin edilib.