Putin adam içinə çıxdı

Rusiya prezidenti martın 5-dən sonra ictimaiyyət arasında görünüb

Martın 5-dən ictimaiyyət arasında görünməyən Rusiya prezidenti Vladimir Putin nəhayət adam içinə çıxıb.

Fomntanka.ru saytının verdiyi məlumata görə, Putinin göyərtəsində olduğu təyyarə Sankt-Peterburq şəhərinə gəlib. RA- 64504 nömrəli Tu-124 təyyarəsi Pulkovo aeroportuna enib. Rusiya prezidenti Sankt-Peterburqda Qırğızıstan prezidenti Almazbek Atambayevlə görüş keçirəcək. Görüş Konstantinov sarayında baş tutacaq.

Qeyd edək ki, martın 5-dən görünməyən Putin haqqında müxtəlif xəbərlər dolaşırdı. Onun gah islamı qəbul etdiyi, gah da möhkəm xəstələndiyi məlumatları yayılmışdı.