Putin ABŞ-a xəbərdarlıq etdi: Cavabını verəcəyik

Baxış sayı:
8296

Rusiya prezidenti Vladimir Putin “Vaşinqtonun Avropaya orta və qısa mənzilli raketlərini yerləşdirməsi Rusiya üçün ciddi təhdidlər yaradacaq. Bu tip raketlər Rusiyaya 10-12 dəqiqədə çatır, bu bizim üçün çox ciddi bir təhdiddir” deyib.
 
Vladimir Putin Federal Məclisdəki çıxışında, "ABŞ Avropaya raket sistemləri yerləşdirsə, buna eyni şəkildə cavab verəcəyik, yeni silahlar və texnologiyalar inkişaf etdirməyə davam edirik" deyib.
Putin ölkənin müdafiə sənayesi müəssisələri tərəfindən mülki məhsulların büdcə xərcinin artırılması zəruriliyini vurğulayaraq, "Peyk şəbəkəmizin qabiliyyətlərini artırmaq lazımdır. Rusiya bunun üçün bənzərsiz texnologiyalara malikdir" deyib.
 
PUTİN ABŞ-a XƏBƏRDARLIQ EDİB
 
 Rusiya prezidenti Putin ABŞ raketlərinin Avropaya yerləşdirilməsi məsələsinə də toxunaraq, "Vaşinqtonun Avropaya orta və qısa mənzilli raketlərini yerləşdirməsi Rusiya üçün ciddi təhdidlər yaradacaq. Bu tip raketlər Rusiyaya 10-12 dəqiqədə çatır, bu bizim üçün çox ciddi bir təhdiddir. Bu vəziyyət üçün asimmetrik hərəkətlər inkişaf etdirmək məcburiyyətində qala bilərik. ABŞ Avropaya raket sistemləri yerləşdirsə, buna eyni şəkildə qarşılıq verə bilərik" deyib.
Müxalifət.az