Putin ABŞ-a minnətdar olmalıdır – Forbes

Rusiya ilə İranın iqtisadi və strateji sahədə yaxınlaşması sanksiyaların ABŞ-ın özünə zərbə endirməsinin sübutudur.
 
Bu barədə “Forbes”də dərc olunan köşə yazarı Veyd Şepardın yazısında deyilir.
Sanksiyalar nəticəsində İranla Rusiya arasında əməkdaşlıq fəal şəkildə inkişaf etməyə başlayıb. Rusiya ilə İran arasındakı ticarət dövriyyəsi 2016-cı ildə 2 dəfə artıb. 2014-cü ildə 1.68 milyard dollar olan həmin rəqəmin bu yaxınlarda 10 milyard dollara çatacağı gözlənilir. ABŞ-ın sanksiyaları onun İran kimi gəlirli bir bazarı əldən verməsinə gətirib çıxarıb.
Fransız şirkəti olan “Total” və digər nəhəng kompaniyalar Avropa şirkətlərinə güclü təsir imkanlarına malik olan ABŞ-ın icazəsi olmadan İran bazarına daxil ola bilmir. Bu halda isə Rusiyanın İranda çox sayda seçim imkanları yaranır.
“Sanksiya tətbiq edənlər özlərini faktiki olaraq oyunun içindən çıxarır, rəqiblərə əlavə sərvət və güc toplamaq üçün imkan yaradır. Çin də, Rusiya da bunu bilir. Hesab edirəm ki, Putin bütün bunlara görə Konqresə təşəkkür etməlidir”, - müəllif bildirib./axar.az