"Putin ABŞ-da demokratiyaya hücum etməyin hesabını ödəyəcək" - MAKKEYN

Respublikaçı senator ABŞ və Rusiya diplomatlarının göndərilməsinə təəccüblənməyib
 
Respublikaçı senator Con Makkeyn amerikalı diplomatların Rusiyadan göndərilməsinə təəccüblənmədiyini bildirib.
Muxalifet.az xəbər verir ki, bu barədə o, "Twitter" hesabında yazıb.
C.Makkeyn bildirib ki, Vladimir Putin və onun ətrafı ABŞ demokratiyasına hücum etməyin hesabını ödəyəcək.
"Təəccüblü deyil ki, Putin ABŞ diplomatlarını ölkədən göndərdi, lakin o və onun ətrafı əvvəl-axır bizim demokratiyaya hücum etməyin hesabını ödəyəcəklər", - siyasətçi bildirib.
Bundan əvvəllər Kreml ölkə ərazisindəki Amerika diplomatik nümayəndəliyi personalının 455 nəfərə qədər azaldılması barədə qərar qəbul edib. ABŞ-dakı Rusiya diplomatlarının sayı da məhz bu qədərdir.