​Putin 2018-ci ildə prezident seçkilərinə qatılıb-qatılmayacağı barədə: "Fikirləşərəm"

Rusiya prezidenti Vladimir Putin bildirib ki, növbəti prezident seçkilərində namizədliyini irəli sürüb-sürməyəcəyi barədə hələ düşünəcək.
Muxalifet.az xəbər verir ki, bu barədə Rusilya lideri Buryatiya və İrkutskda meşə yanğınlarının fəsadlarının aradan qaldırılmasına dair müşavirə zamanı videoyayıma qoşulan ölkə sakinlərindən birinin bununla bağlı xahişinə cavab olaraq bildirib.
Sakinin "Xahiş edirik, yenə prezident seçkilərinə qatılın" xahişinə V.Putin belə cavab verib:
"Yaxşı, fikirləşərəm bu barədə"./trend/