Putin 2018-ci il prezident seçkilərində iştirak edəcəkmi? - RƏSMİ CAVAB

Rusiya prezidenti Vladimir Putin 2018-ci ildə seçki kampaniyasının ölkə konstitusiyasına tam uyğun şəkildə keçirilməsini təmin etmək üçün əlindən gələni əsirgəməyəcəyini bildirib.
“RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu V. Putin “Figaro” nəşrinə müsahibəsində bildirib.
Putin, özünün seçkilərdə iştirakı barədə danışmağın hələ tez olduğunu qeyd edib: “Namizədlərə gəlincə, bu barədə danışmaq hələ tezdir”.
Bundan əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ölkədə seçkiqabağı kampaniyasının aparılmadığını bildirib./APA