PUTİN 11 GENERALI İŞDƏN QOVDU - Rusiya hüquq-mühafizə orqanlarında zəlzələ

Baxış sayı:
9733

Rusiyanın İstintaq komitəsi, Daxili işlər nazirliyi və Fövqaladə Hallar Nazirliyinin 11 yüksək rütbəli məmuru prezidentin əmri ilə işdən çıxarılıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, onların arasında DİN İctimai asayişi mühafizə idarəsinin rəis müavini general Aleksandr Melnkiov da var. General Melnikov 100 milyon rubl məblğində dələduzluq cinayətində günahlandırılır.

Bundan başqa, İstintaq Komitəsinin 4-cü təhqiqat idarəsinin rəisi general Ruslan İbiyevin də istefaya göndərilməsi diqqət cəlb edir. Sonuncu, rus milyarderi, hazırda mühacirətə yaşayan Mixail Xodorkovskiyə məxsus olmuş “YUKOS işi”ni və 2009-cu ilin dekabrın 5-də Perm vilayətində “Xromaya loşad” adlı gecə klubunda baş verən faciəli yanğın hadisəsini araşdırırmış.

Gələn məlumatlarda Aleksandr Melnikov barəsində istintaq tədbirlərinə bu ilin yanvarında başlanıldığı bildirilir.

Onun tabeçiliyində olan 3 polis əməkdaşı ilə birlikdə 2015-ci ildə hədə-qorxu gələrək bir iş adamından 100 milyon rubl pul qoparmaq istədiyi qeyd olunur.

Həmin polislər əvvəlcə adı məxfi saxlanılan kommersantı barəsində cinayət işi açmaqla təhdid ediblər. Daha sonra isə pulu 2 mərhələdə, öncə 30 milyonun, qalan məbləğin isə 2-ci görüşdə gətirməsini istəyiblər.

Lakin işin içində hiylə olduğundan şübhələnən biznesmen Daxili işlər nazirliyinin Daxili təhlükəsizlik baş idarəsinə müraciət edib. Bundan sonra baş idarə kommersant vasitəsilə avqust ayında Moskvanın “Zolotoye koltso” şəhərində əməliyyat keçirib və işdə vasitəçilik edən şəxsi yaxalayıb.