​Putin 11-ci rəhbəri İSTEFAYA GÖNDƏRDİ

Rusiya Prezidenti Vladimir Putin Pskov vilayətinin qubernatoru Andrey Turçakı vəzifəsindən azad edib.
Bu barədə məlumatı prezidentin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında söyləyib. Məlumata görə, Turçak öz istəyi ilə vəzifəsindən kənarlaşdırılıb. Onun yerinə Mixail Vedernikov təyin edilib.
Qeyd edək ki, Rusiya mətbuatı Turçakın son iki həftə ərzində istefaya göndərilən 11-ci qubernator olduğunu bildirib.