​Püşk ATILDI: "katalanlar" "şeytanlara" qarşı, ingilis derbisi

Baxış sayı:
7651

Çempionlar Liqasında 1/4 və yarımfinal mərhələsinin püşkü atılıb.
Fanat.Az xəbər verir ki, püşkatma mərasimi UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında baş tutub. 
Püşk 1/4 finalda turnirin favoritlərindən hesab olunan "Barselona" və "Mançester Siti"ni üz-üzə qoyub. Bundan başqa iki İngiltərə klubu - "Tottenhem" və "Mançester Yunayted" bir-birinə rəqib olub.

Çempionlar Liqası
1/4 final
1. Ayaks (Hollandiya) - Yuventus (İtaliya)
2. Liverpul (İngiltərə) - Portu (Portuqaliya)
3. Tottenhem (İngiltərə) - Mançester Siti (İngiltərə)
4. Barselona (İspaniya) - Mançester Yunayted (İngiltərə)
 
1/2 final
A. 3-cü cütün qalibi - 1-ci cütün qalibi
B. 4-cü cütün qalibi - 2-ci cütün qalibi
 
Final
A cütünün qalibi - B cütünün qalibi

Qeyd edək ki, 1/4 final mərhələsinin oyunları aprelin 9-10-da və 16-17-də keçiriləcək. Yarımfinal mərhələsində isə ilk görüşlər 30 aprel-1 may, cavab qarşılaşmaları isə 7-8 may tarixlərində olacaq.