​Puçdemona siyasi sığınacaq təklif edildi

Belçika Kataloniya Muxtariyyətinin rəhbəri Karlos Puçdemona siyasi sığınacaq təklif edib.
Bununla bağlı təklifi Belçikanın Miqrasiya naziri Teo Franken dilə gətirib.
Qeyd edək ki, bundan öncə İspaniya Kataloniya Muxtariyyətinin parlamentini istefaya göndərib. Puçdemon isə vəzifəsindən alınıb, onun səlahiyyətlərini İspaniya vitse-prezidenti yerinə yetirəcək.
Rəsmi Madrid həmçinin dekabrın 21-də Kataloniya parlamentinə seçki keçirilməsini də nəzərdə tutub.
Madrid Puçdemona seçkidə iştirak etməyi də təklif edib.