​Puçdemon: İspaniyada vətəndaş müharibəsi...

Kataloniyanın müstəqillik tələbləri ucbatından İspaniyada vətəndaş müharibəsi olmayacaq.
Bunu RTBF televiziyasına müsahibəsində Kataloniyanın keçmiş baş naziri Karlos Puçdemon söyləyib.
“Ciddi olmaq lazımdır. Siz Kataloniyada son 7 ildə nələrin baş verdiyini görmüsünüz? Siz milyonlarla insanın nümayişlərdə hansısa insident çıxarmadan iştirakını görmüsünüz? Bu, müasir tarixin ən böyük dinc nümayişi idi. İspaniyada vətəndaş müharibəsi olmayacaq”, – deyə o bildirib.