PSJ-yə ŞOK: Mbappe gedir

Baxış sayı:
6346

Kilian Mbappe“Paris Sen Jermen”lə müqaviləsini yeniləmək niyyətində deyil.
Muxalifet.az xəbər verir ki, bu barədə Fransanın “L'Equipe” nəşri məlumat yayıb.
Nəşr bildirib ki, 20 yaşlı futbolçu üçün klubla yeni müqavilə imzalamaq prioritet deyil. Bununla belə, Paris klubu Mbappeyə Neymarın maaşına bənzər vəsait də təklif edə bilmir. Belə ki, braziliyalı futbolçu ildə 33 milyon dollardan çox maaş alır.
Qeyd edək ki, Kilian Mbappenin “Paris Sen Jermen” komandası ilə müqaviləsinin müddəti gələn il bitir. Son 15 oyun ərzində 11 qol vuran futbolçu 4 məhsuldar ötürmə edib.