PSJ "Monako"nu məğlub etdi - Fransa Superkubokunu qazandı

Mərakeşdə keçirilən görüş 2:1 hesabı ilə başa çatıb
 
PSJ Fransa Superkuboku uğrunda görüşdə "Monako"nu məğlub edib.
Mərakeşin Tanjer şəhərindəki "Stad de Tanjer" stadionunda baş tutan görüş parislilərin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Bununla da, PSJ 7-ci dəfə ölkə Superkubokuna sahib çıxıb. Paris komandası bu göstəricidə yalnız "Lion"dan (8) geri qalır.
Fransa Superkuboku. Final
"Monako" – PSJ -1:2
1:0 – Sidibe – 30, 1:1 – Alves – 51, 1:2 – Rabio – 63