"Pərvizlə Türkana qulaq asmıram, çünki onlar bayağı ifaçılardı" - HÜSEYNDƏN SƏRT SÖZLƏR

Baxış sayı:
3849

Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu meyxanaçı Pərviz Bülbülə ilə müğənni Türkan Vəlizadə haqda qalmaqallı açıqlama verib. Muxalifet.az axşam.az-a istinadən bildirir ki, musiqiçi "X maqazin"ə açıqlamasında sənətçiləri bayağı ifaçı adlandırıb: "Özləri də başa düşürlər ki, oxuya bilmirlər, amma nə etsinlər. Bilsəydim, insanların zövqünü korlayıram, gedib başqa işlə məşğul olardım. Bütün yaxşı musiqiçiləri narahat edən bir problem var, o da bayağı musiqilərdir. Biz də onlarla bacarmırıq. Pərvizlə Türkana qulaq asmıram, çünki onlar bayağı ifaçılardı".