Pərviz Bülbülə tanınmaz halda - FOTO

Baxış sayı:
12106

Tanınmış meyxanaçı Pərviz Bülbülə xarici görünüşündə dəyişiklik edib.
O, bir müddət əvvəl tökülən saçlarını əkdirərək bərpa edib.
Pərvizin yeni görüntüsünü müğənni Damla instaqram səhifəsində paylaşıb. O, şəkilə şərh yazaraq P. Bülbülə ilə mərcə girdiyini qeyd edib:
“Dostlar, aramızda kiçik bir mərc var. Kimin profilində (Həmin fotonu Pərviz Bülbülə də eyni anda paylaşıb) bu şəkilə 24 saat ərzində çox “like” gəlsə, o qalibdir. Əgər Pərviz udsa, onun yeni saçlarının xərcini mən ödəyəcəm”.
Pərviz isə Damlanın qalib olacağı halda yeni mahnısının sözlərini yazacağını deyib.
Qeyd edək ki, sözügedən şəkil Damlanın səhifəsində 35 min, meyxana ifaçısında isə 30 min “like” toplayıb.

Pərviz Bülbülə tanımaz halda - FOTO