Prokurorluqda işləmək istəyənlərin imtahan nəticələri AÇIQLANDI

Baxış sayı:
9877

Dövlət İmtahan Mərkəzi (DİM) Baş Prokurorluq ilə birgə Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli fərmanı ilə təsdiq edilmiş "Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında" Əsasnaməyə müvafiq olaraq, prokurorluq orqanlarında işə qəbul olmaq istəyən namizədlər üçün test imtahanı keçirib.
DİM-dən Muxalifet.az-a verilən məlumata görə, Bakı İdman Sarayında təşkil olunan imtahan saat 10:00-da başlayıb və 3 saat davam edib.
İşə qəbul olmaq üçün ərizə təqdim etmiş 284 namizəddən 26 nəfəri imtahana gəlməyib. İmtahanda iştirak etmiş 258 namizəddən 128 nəfəri müsabiqə şərtini (70 və daha çox bal) ödəyərək növbəti mərhələyə buraxılıb.
İmtahan nəticələri ilə  buradan tanış olmaq mümkündür.