​Prokurorluq Kərimovdan apelyasiya şikayəti verdi

Nitsa prokuroru Jan Mişel Pretr ləzgi milyarder Süleyman Kərimovun azadlığa buraxılması qərarından apellyasiya şikayəti verib.
Muxalifət.az xəbər verir ki, bu barədə Nitsa prokuroru TASS-a danışıb.
 “Prokurorluq cənab Kərimovun həbsdə saxlanılmasını zəruri hesab edir. Apellyasiya məhkəməsinin istintaq palatasının qərar verməsi cəmi bir neçə gün çəkəcək”, - Pretr deyib.
Prokuror, həmçinin, məhkəmədən mənfi cavab gələcəyi halda prokurorluğun hüquqi nəzarət tədbirlərini gücləndirəcəyini də açıqlayıb.
Qeyd edək ki, vergiləri ödəməməkdə ittiham edilən ləzgi milyarder Süleyman Kərimov noyabrın 23-də Nitsa şəhər məhkəməsinin qərarı ilə 5 milyon avro girov qarşılığında azadlığa buraxılıb.