​Prokurorluq Gülbən Ərgən haqqında məcburi həbs qərarı tələb etdi

Jurnalist Erhan Çelik keçmiş həyat yoldaşı Gülbən Ərgən haqqında mühafizə tədbiri görüb.
Muxalifet.az xəbər verir ki, prokurorluq qanunun pozulduğunu bildirirərək Gülbən Ərgən haqqında məcburi həbs qərarı tələb edib.
Jurnalist Erhan Çelik bildirib ki, Gülbən Ərgən sosial şəbəkədə paylaşımlar edir və bununla da qanunun tələblərini pozur. Prokurorluq isə mühafizə qərarı çıxaran İstanbul məhkəməsinə yazı yazaraq Gülbənin qanuna tabe olmadığı üçün haqqında məcburi həbs hökmü çıxarılmasını tələb edib.
Məcburi həbs hökmünə əsasən məhkəmənin qərarını ilk dəfə pozan şəxs haqqında məhkəmə qərarı ilə 3 gündən 10 günə qədər həbs hökmü çıxarıla bilər. Hal təkrarlansa, həbs cəzası 15 gündən 30 günə qədər uzadıla bilər.