​Prokuror qayınanasını öldürən kürəkənə 20 il cəza istədi

Baxış sayı:
8566

Bakı Ağır Cinayətlər Məhkəməsində qayınanasını öldürməkdə, arvadına isə ağır xəsarət yetirməkdə ittiham olunan Cəsarət İsgəndərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Prosesdə dövlət ittihamçısı çıxış edərək, Cəsarət İsgəndərovun 20 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Məhkəmə prosesi aprelin 18-də davam etdiriləcək.
İttihama görə, hadisə Nərimanov rayonu, “Çermet” ərazisində baş verib. 51 yaşlı Fəhminə İsgəndərova əri ilə mübahisə edən qızı Leylanı evinə çağırıb. Bundan qəzəblənən kürəkən Cəsarət İsgəndərov onların evinə hücum edib. Fəhminə evin qapı və pəncərəsini bağladığı üçün Cəsarət həyətə damdan keçib. Onların hər ikisini bıçaqlayıb, Fəhminə hadisə yerində dünyasını dəyişib, Leylanın həyatını isə həkimlər xilas edib.
Xatırladaq ki, cütlüyün birgə nikahdan 3 aylıq qız övladı var./Virtualaz