​Prokuror qardaşını öldürən qıza 10 il iş istədi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qardaşını qətlə yetirməkdə təqsirli bilinən Alyona Baxışovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Prosesdə dövlət ittihamçısı çıxış edərək A. Baxışovanın 10 il müddətə azadlıqdan məhrum edilməsini istəyib. Məhkəmə prosesi fevralın 25-də davam etdiriləcək.
Qeyd edək ki, 1997-ci təvəllüdlü Alyona Baxışova qardaşı 1993-cü il təvəllüdlü Baxış Baxışovu qətlə yetirib. Hadisədən 8 ay sonra Alyona Baxışova şübhəli şəxs qismində saxlanıb və barəsində Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. İttiham görə, A. Baxışova qardaşı Baxışı onunla cinsi əlaqədə olmaq istədiyi üçün balta ilə vuraraq öldürüb və meyiti həyətdə basdırıb.