Professordan dünyanı qurtarmaq üçün şok təklif: İnsan əti yeməyə hazırlaşın!

Baxış sayı:
24265

İsveçin TV4 televiziyasında gələcəkdə bəşəriyyətin iqlim dəyişikliyinə qarşı mübarizə aparması və bu mübarizə fonunda öz mövcudluğunu qoruyub saxlamasına həsr edilən proqramda şok olay yaşanıb.
Moderator.az dünya mediasına istinadən xəbər verir ki, proqram zamanı tamaşaçılarla öz fikirlərini bölüşən marketinq üzrə professor Maqnus Söderlund problemdən çıxış yolunun insan əti yemək ola biləcyini qeyd edib. Öz təklifini “humanistləşdirmək” üçün yeyiləcək insanların hökmən ölü olması gərəkdiyinə diqqət çəkən professor, digər maraqlı fikirlər də səsləndirib. O, qeyd edib ki, insan əti yemək praktikası bəşəriyyətə yad olduğu üçün ilkin vaxtlarda bu təklifin müqavimətlə qarşılanması təbiidir. Ancaq professor hesab edir ki, gələcəkdə iqlim dəyişiklikləri dünyanı elə bir vəziyyətə gətirəcək ki, bəşəriyyət ərazağa olan tələbatını ödəmək üçün bundan daha yaxşı çıxış yolu tapa bilməyəcək.
İsveç televiziyasındakı verilişdə səslənən fikirlər bütün Avropada ciddi müzakirə və etirazlara səbəb olub. Insanların böyük əksəriyyəti hesab edir ki, marketinq profesorunun insan əti yeməyi xilas yolu kimi ortaya atması, bu cür fikirlərion televiziyada, milyonlarla insanın gözü qarşısında açıq şəkildə müzakirə edilməsi yanlış, qanunlara və əxlaqa ziddir.