​Prodüser Təranə Səmədova azadlığa çıxa bilər

Baxış sayı:
11143

İki qadını fahişəliyə cəlb etməkdə təqsirləndirilən tanınmış prodüser Təranə Səmədovanın kassasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.
Hakim Fərhad Kərimovun sədrliyi ilə keçirilən qapalı prosesdə həm produserin özü həm də vəkili çıxış edərək baərət tələb ediblər.  
Prosesi mayın 7-dək təxirə düşüb. Qərar həmin gün elan ediləcək. 
Qeyd edək ki, T.Səmədovanın barəsində Daxili İşlər Nazirliyinin İnsan Alveri üzrə Mübarizə İdarəsində cinayət işi başlanıb. O, iki qadını fahişəliyə cəlb etməkdə ittiham olunur. Cinayət işi üzrə iki qadın zərərçəkmiş şəxs qismində tanınıb.
İstintaq orqanı tərəfindən T.Səmədovanın barəsində Cinayət Məcəlləsinin 243.1-ci (gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlbetmə) maddəsi ilə ittiham elan edilib.
Nərimanov Rayon Məhkəməsinin hökmü ilə T.Səmədova 1 il müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində olan polis nəzarətində qətimkan tədbiri həbs qətimkan tədbiri ilə dəyişdirilib və məhkəmə zalında həbs olunub. 
Təranə Səmədova barəsində bəraət hökmünün çıxarılmasını xahiş edib./BakuPost