​Problemli kreditlərin həcmi açıqlanıb

Baxış sayı:
538

Mərkəzi Bankın məlumatlarına görə, 2018-ci il fevral ayının 1-nə ölkənin bank və bank olmayan kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 11656,1 milyon manat təşkil edib.
Muxalifet.az xəbər verir ki, onun 9500,0 milyon manatı uzunmüddətli kreditlər olub. Ödəmə vaxtı keçmiş kreditlərin məbləği ümumi kredit portfelinin 14,5%-ni təşkil edib.
Əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği 2018-ci il fevral ayının 1-nə 7497,0 milyon manat təşkil edib.