Primakov İsraildə də anıldı - Həm də Fələstin liderinin elmi rəhbəri kimi?..

Baxış sayı:
274

Keçmiş  kəşfiyyat liderinin yubileyi ilə bağlı tədbirlərin birbaşa sifarişçisi Putindir... 
20 Yanvarı törədən şəbəkə hələ də Azərbaycanda meydan sulayır...

Noyabrın 6-da Təl-Əvivdə SSRİ Mərkəzi Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri, Kremlin İsrailə sərt münasibətinin ideoloqu və Fələstin lideri Mahmud Abbasın "Sionizm və nasizm arasındakı bağlantılar" mövzusundakı dissertasiyasının rəhbəri Yevgeni Primakovun 90 illik yubileyi münasibətilə konfrans keçirilib.
Moderator.az bu haqda İsrail mediasına istinadla xəbər verir. 
"Rusiya Federasiyasının İsraildəki səfiri Anatoli Viktorov,  Rusiya Federasiyası Xarici İşlər nazirinin müavini Sergey Ryabkov, İsrail Knessetinin və Xarici İşlər Nazirliyinin nümayəndələri, eləcə də elm adamları Yevgeni Primakovun 90 illik yubileyinə həsr olunmuş elmi konfransda  iştirak ediblər”- Rusiya XİN-in “Rusiya İsraildə” adlı “Tvitter” hesabında belə deyilir.
“Bəlkə kimsə nə vaxtsa  Yevgeni Primakovun bəzi görkəmli uğurlarından danışacaq. Bilirəm, məsələn, olduqca qalmaqallı olan bir müvəffəqiyyət: “Mahmud Abbasın dissertasiyasının müdafiəsi, elmi rəhbəri Yevvgeni Primakov, mövzusu: "Sionizm və nazizm arasındakı əlaqə" və "xidməti istifadə üçün" qrifi... 
Bu dissertasiya bütövlükdə Sovet-Rus variantında hələ məlum olmasa da,  cənab Mahmud Abbasın həmin mövzuda kitabı məlumdur.  Orada Holokost, qurbanların sayı və sairə rədd edilir"- “Azadlıq” radiosunda Primakovla bağlı “Putinə Primakov kultu nəyə görə lazımdır?” mövzusunda müzakirələrdə iştirak edən tarixçi və politoloq Mixail Sokolov belə söyləyib. 
Xəbərdə vurğulanır ki, Yevgeni Primakov ərəb şahzadə və  krallarıyla şəxsən tanış olub və  bir neçə dəfə Yasir Arafat, Nasir, Əsədlə görüşüb... İraqda qanlı müharibənin başlamasından bir müddət əvvəl Primakov Səddam Hüseynin yanına xüsusi bir missiya ilə gəlib... 
Və həminərəb liderlərinin hamısı yəhudi dövlətinin dərhal və ya mərhələli şəkildə məhv edilməsinin tərəfdarı olublar...
Xatırladılır ki, Rusiya Prezidenti Vladimir Putin 29 oktyabrda Moskvada Yevgeni Primakovun abidəsinin açılışında iştirak edib. 

P.P.S.  Təəccüblüdür ki, hələki rəsmi  Təl-Əvivdən bəhs edilən tədbirə heç bir etiraz reaksiyası  yoxdur.  Və o da maraqlıdır ki, bir sıra Rusiya mənbələri Y.Primakovun yəhudi mənşəli, bəziləri isə tam yəhudi olduğunu bildirir...
P.S. Deyilənlərdən məntiqlə belə çıxır ki, 20 Yanvar faciəsinin iştirakçılarından biri hesab edilən Primakovun yubileyi ilə bağlı tədbirlərin istər Azərbaycanda, istərsə də İsraildəki sifarişçisi birbaşa Rusiyanın hazırkı lideri, keçmiş “KQB” zabiti V.Putindir... Primakov isə indi də possovet məkanında fəal olan “KQB” rejiminin bütüdür... 
Ancaq biz unuduruq ki, arxivləri bağlı qalan  “KQB”-nin SSRİ-nin dağılması ərəfəsində “CİA”, “Mİ-6”, “Mossad”la və s. çuğlaşmış  şəbəkələri tərəfindən 1988-ci ildən bəri ermənilərin və daxili xainlərin əli ilə törədilmiş faciələrimizin, o cümlədən 20 Yanvar qətliamının əsl bütləşmiş  xarici və daxili baiskar və təşkilatçılarını hələ də hüquqi cəhətdən aşkar edib cəzalandıra bilməmişik. Və həmin şəbəkə hələ də Bakıda, Qarabağda, həm də İrəvanda meydan sulayır, cürbəcür manipulyasiyalarla başımızı qatır, kimin əlinin kimin cibində olduğunu anlaya bilməyən kütlələri çaş-baş salır...