​Prezidentlər ağac əkdi, kabab yedilər, sonra isə… - VİDEO

Baxış sayı:
3685

Fransa prezidenti Emmanuel Makron xanımı ilə birlikdə ABŞ-a səfər edib.
Muxalifet.az cebhe.info-ya istinadən xəbər verir ki, iki liderin görüşündə Suriyadakı durum, İranla nüvə anlaşması kimi məsələlər müzakirə ediləcək. Bu səfər dövlət səfəri adlanır və rəsmi səfərdən öz formatına görə fərqlənir. Belə ki, belə səfərlərdə təntənli mərasimlər adətən daha çox olur.
Tramp və Makronun görüşü olduqca səmimi otamda keçib. İki lider qucaqlaşıb və uzun müddət bir-birlərinin əllərini sıxıblar. İki prezidentin münasibətlərindəki səmimilik ilk baxışda nəzərə çarpıb. Makron bildirib ki, bu səfər ikitərəfli məsələlərin müzakirəsi və dünyadakı vəziyyətlə bağlı fikir mübadiləsi üçün əla imkan yaradıb.
Makronu və xanımın Briciti Maunt-Vernondakı plantasiyaya aparıblar. Bu plantasiya ABŞ-ın ilk prezidenti Corc Vaşinqtonun dövründə salınıb. Buradakı ortamın hazırlanmasında Melaniya Trampın rəyləri əSas götürülüb. Bu, həm onun özü, həm də əri üçün ilk təcrübə olduğuna görə hər şey xüsisi diqqətlə hazırlanıb. İki prezident birlikdə ağac əkiblər.
Qonaqların şərəfinə verilən ziyafətdə Makrona və xanımına quzu ətindən qızılı rəngli düyü verilib. Ancaq Tramp ev yeməklərindən daha çox hamburqer sevir, buna görə də menyuda bu da nəzərə alınıb.