​Prezidentliyə namizəd seçicilərlə görüşdü – ŞİRVANDA

Baxış sayı:
3985

Azərbaycan Respublikasının prezidentliyinə namizəd, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu Şirvan şəhərində seçicilərlə görüş keçirib.
Muxalifet.az xəbər verir ki, görüşü partiyanın Şirvan şəhər təşkilatının sədri Kamil İsayev açaraq sözü Sərdar Cəlaloğluna verib. Prezidentliyə namizəd seçki platforması və ölkədəki ictimai siyasi vəziyyətlə bağlı geniş məruzə ilə çıxış edib, seçicilərin çoxsaylı suallarını cavablandırıb. Görüş ruh yüksəkliyi şəraitində başa çatıb.
Onu da qeyd edək ki, prezidentliyə namizəd həmçinin aprelin 5-də, saat 12-də Gəncədə, dövlət filarmoniyasının binasında, aprelin 8-də saat 12-də isə Lənkəranda, mədəniyyət mərkəzində seçicilərlə görüşü planlaşdırılıb. ADP Mərkəzi Seçki Qərargahı adları çəkilən şəhərlərin bütün seçicilərini fəal olmağa və partiya sədri ilə görüşə qatılmağa çağırır.
 


Muxalifet.az