Prezidentliyə homoseksual namizəd - Ərəb dünyasında BİR İLK ilk

Baxış sayı:
3265

Tunisdə 15 sentyabrda keçiriləcək prezident seçkilərində iştirak etmək üçün 98 nəfər namizədliyini irəli sürüb.
Muxalifet.az qafqazinfo-ya istinadən xəbər verir ki, bunların arasında Liberal partiyasının dəstəklədiyi hüquqşunas Münir Batur da var.
Münir digərlərindən fərqləndirən onun homoseksual olmasıdır. Batur ərəb dünyasında ilk homoseksual prezidentliyə namizəddir.
"Euronews"ə danışan Batur namizədliyini açıqladıqdan sonra ölüm təhdidləri aldığını bildirib.
O, LGBT üzvlərinə "xəstə" deyənlərə səslənib: "Əgər xəstəlik dediyiniz homoseksuallığa bir dərmanınız varsa, onu bizə verin Tunis tibb üzrə Nobel mükafatını qazansın".
Baturun sözlərinə görə, LGBT üzvləri Tunisdə fəlakət kimi qəbul olunur və onlara buna görə 3 il həbs verilir. Halbuki həbslərlə onların homoseksuallığını aradan qaldırmaq mümkün deyil. Belə çıxır ki, LGBT üzvləri ömür boyu həbs qalmalıdır.
Qeyd edək ki, namizədlərin qeydiyyatı avqustun 31-də baş tutacaq.